ArazNews
Ana Səhifə / Xəbər / Finlandiya Prezidenti Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinin yenidən gündəmə gətirilməsini istəyib
Xəbər

Finlandiya Prezidenti Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinin yenidən gündəmə gətirilməsini istəyib

 Finlandiya Prezidenti Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinin yenidən gündəmə gətirilməsini istəyib


Finlandiya Prezidenti Aleksandr Stubb Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinin gündəmdən çıxmasını tənqid edərək, Ankaranın bu birliyə qoşulmasının ciddi şəkildə nəzərdən keçirilməsinə çağırıb. O bildirib ki, təhlükəsizlik baxımından Türkiyə Avropaya mümkün qədər yaxın olmalıdır.


ArazNews-un məlumatına görə, Stubb Helsinkidə keçirilən konfransda çıxış edərək deyib ki, Avropa İttifaqı gələcəkdə hazırkı 27 üzvdən təxminən 40 üzvə qədər genişlənməlidir. O, Türkiyə ilə yanaşı Böyük Britaniya, Kanada, Norveç və İslandiyanı da potensial üzvlər sırasında göstərib.


Finlandiya Prezidenti bildirib: “Artıq heç kim Türkiyə haqqında danışmır. Biz Türkiyə məsələsini ciddi şəkildə müzakirə etməliyik.” O əlavə edib ki, Avropanın mövcud təhlükəsizlik şəraiti Ankara ilə əlaqələrin daha da gücləndirilməsini zəruri edir.


Türkiyə uzun illərdir Avropa İttifaqına namizəd ölkə statusuna malikdir. Lakin siyasi fikir ayrılıqları və bəzi üzv dövlətlərin yaratdığı maneələr səbəbindən üzvlük danışıqları faktiki olaraq dayanıb.