İran rejiminin məhkəmə hakimiyyəti “separatçı qruplarla əlaqə” və “silahlı qiyam” ittihamları ilə iki məhkumun edam edildiyini açıqlayıb. Bu arada son aylarda edamların sayının artdığı bildirilir.
ArazNews-un İran məhkəmə hakimiyyətinin rəsmi orqanı Mizan-a istinadən verdiyi məlumata görə, Ramin Zələ və Kərim Mərufpur cümə axşamı səhər edam olunublar. Məhkəmə orqanları iddia edir ki, bu şəxslər İranın qərbində bir Sepah komandirinə hücum planı və silahlı fəaliyyətlə əlaqədar saxlanılmışdılar.
Mizan yazıb ki, bu şəxslər iş materiallarında silah saxlama və silahlı əməliyyat əməkdaşlığını etiraf ediblər.
İnsan haqları agentliyi HRANA isə son müharibə başlayandan bəri İranda azı 50 edam olunan şəxsin kimliyini müəyyən etdiyini və bu dövrdə edam hökmlərinin icrasının artdığını bildirib.