«İranda ərəb düşmənçiliyinə qarşı mübarizə mərkəzi» Əmidiyyə şəhərindən yayımladığı videoya əsasən bildirib ki, bir ərəb vətəndaş bələdiyyə məmurlarını yeni tikilmiş evinin ayrı-seçkiliklə uçurulmasında ittiham edib.
Vətəndaş videoda ostendara müraciət edərək deyib ki, bələdiyyənin icra məmurları onun evini uçurub, halbuki qonşuluqdakı farsların evlərinə eyni müdaxilə edilməyib. O həmçinin iddia edib ki, bu addımın səbəbini soruşanda ona belə cavab veriblər: «Sən ərəbsən, burada nə işin var; get Ərəbistanda ya İraqda yaşa.»
Bu vətəndaşın sözlərinə görə, bələdiyyənin hərəkəti yalnız ona və bölgədəki digər ərəblərə yönəlib, fars qonşuların evləri isə uçurulmayıb. «İranda ərəb düşmənçiliyinə qarşı mübarizə mərkəzi» bu hadisəni İranda ərəblərə qarşı ayrı-seçkilik və irqçiliyin nümunəsi kimi xarakterizə edib, Əhvazın ərəb sakinlərindən oxşar halları sənədləşdirərək bildirmələrini, köçüb getmək üçün edilən təzyiqlərə qarşı dayanmalarını və həmin vətəndaşın ailəsini dəstəklələmələrini xahiş edib.
Həmin qurum həmçinin ərəb, İran və beynəlxalq insan haqları təşkilatlarından bu iddiaları araşdırıb mövqe bildirmələrini tələb edib.