ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / Azərbaycan / 2006-cı il May qiyamının 20-ci ildönümü münasibətilə onlayn toplantı keçiriləcək
Azərbaycan

2006-cı il May qiyamının 20-ci ildönümü münasibətilə onlayn toplantı keçiriləcək

 2006-cı il May qiyamının 20-ci ildönümü münasibətilə onlayn toplantı keçiriləcək


Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası – QATAŞ – 2006-cı ilin mayında baş vermiş May qiyamının 20-ci ildönümü münasibətilə onlayn toplantı keçirəcəyini elan edib.

ArazNews-un məlumatına görə, bu toplantı “İran” qəzetində yayımlanan təhqiramiz karikaturadan sonra başlayan, azadlıq, ədalət, ayrı-seçkiliyin aradan qaldırılması, milli və insani haqların təmin olunması uğrunda formalaşan mübarizənin ildönümü münasibətilə təşkil olunur.


Təşkilatçılar siyasi fəalları, vətəndaş cəmiyyəti təmsilçilərini, araşdırmaçıları, jurnalistləri və fikir adamlarını bu onlayn analitik toplantıda çıxışçı və iştirakçı kimi yer almağa dəvət ediblər.


2006-cı ilin May qiyamı Güney Azərbaycan türk millətinin müasir mübarizə tarixində dönüş nöqtələrindən biri hesab olunur. Kimlik təhqirinə, sistemli ayrı-seçkiliyə, dil hüquqlarının inkarına və İranın mərkəzçi siyasətlərinə qarşı başlayan bu etirazlar Təbriz, Zəncan, Urmiya, Ərdəbil, Nəğdə, Xiyav və Azərbaycanın digər şəhərlərinə yayılmışdı.


Bu etirazlar geniş təhlükəsizlik basqısı, kütləvi həbslər və etirazçıların öldürülməsi ilə qarşılaşsa da, təşkilatçılar bildirirlər ki, həmin qiyamın mesajı bu gün də yaşayır.


Toplantıda May qiyamının tarixi, siyasi və ictimai ölçüləri, İranın mövcud siyasi vəziyyəti və təzyiq altında olan millətlərin mübarizəsi müzakirə olunacaq.


Toplantının əsas mövzuları bunlardır:


—May qiyamının irsi və mesajının yenidən dəyərləndirilməsi

— Sistemli repressiya, edamlar və ayrı-seçkilik siyasətinin araşdırılması

— Siyasi məhbusların vəziyyəti və vətəndaş azadlıqlarına məhdudiyyətlər

— İnternet məhdudiyyətləri, senzura və informasiya nəzarəti

— Azərbaycan millətinin mübarizəsinin İranın digər xalqları ilə əlaqəsi

— Təzyiq altında olan millətlər arasında həmrəylik və əməkdaşlıq perspektivləri


Təşkilatçıların bildirdiyinə görə, toplantı 24 may 2026-cı il, bazar günü, İran vaxtı ilə saat 21:00-da, Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək.


Proqramın ilk bir saatı Azərbaycan türkcəsində, ikinci bir saatı isə fars dilində olacaq.


Zoom bağlantısı:

https://us06web.zoom.us/j/84123121057


Giriş kodu:

841 2312 1057