İranın xarici işlər naziri Maskatda Oman sultanı ilə regional məsələləri müzakirə edib.
ArazNews-un İranın dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Abbas Əraqçi Maskatda Sultan Heysəm bin Tariq ilə Əl-Bərkə sarayında görüş keçirib.
Görüşdə tərəflər regiondakı son vəziyyət, vasitəçilik səyləri və münaqişələrin dayandırılması yollarını müzakirə ediblər.
Oman sultanı isə danışıqlarda diplomatiya yolunun davam etdirilməsinin vacibliyini vurğulayıb.