Əraqçi İslamabada çatdı; İRNA Tramp nümayəndələri ilə görüşü təkzib etdi

7 saat əvvəl 1 dəq oxu Editorial Board
 Əraqçi İslamabada çatdı; İRNA Tramp nümayəndələri ilə görüşü təkzib etdi


İran rejiminin xarici işlər naziri Abbas Əraqçi bir heyətin başında İslamabada gedib və Pakistan rəsmiləri ilə regional məsələləri müzakirə edəcək.


ArazNews-un İRNA-ya istinadən verdiyi məlumata görə, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Əraqçi ölkənin siyasi və hərbi rəhbərliyi ilə görüşəcək. Səfərin məqsədi ikitərəfli mövzularda koordinasiya və regional proseslərin müzakirəsi kimi açıqlanıb.


Daha əvvəl Əraqçinin Omanda Donald Trampın nümayəndələri ilə görüşə biləcəyi barədə xəbərlər yayılmışdı, lakin İRNA hazırda belə bir proqramın olmadığını bildirib.


Eyni zamanda, Sepaha yaxın Tasnim agentliyi də ABŞ nümayəndələri ilə hər hansı birbaşa danışıqları təkzib edib.