Trampın nümayəndələrinin İraqiçi ilə Omanda görüş ehtimalı
5 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
Donald Trampın nümayəndələrinin Abbas İraqiçi ilə Omanda görüşünə dair xəbərlərin yayılması fonunda İran ətrafında diplomatik hərəkətlilik artıb.
ArazNews-un məlumatına görə, Axios-un jurnalisti Barak Ravid bildirib ki, Stiv Vitkof və Cerard Kuşner yaxın günlərdə Omanda Abbas İraqiçi ilə görüşə hazırlaşır. İki amerikalı rəsmiyə istinadən qeyd olunur ki, bu görüşün məqsədi müharibənin sona çatdırılması yollarını müzakirə etməkdir.
Eyni zamanda Abbas İraqiçi də açıqlamasında İslamabad, Maskat və Moskvaya səfər etməyi planlaşdırdığını bildirib və bu səfərlərin məqsədini “ikitərəfli məsələlərdə tərəfdaşlarla yaxın koordinasiya və regional proseslər ətrafında məsləhətləşmələr” kimi izah edib.