Tehran: ABŞ və İsrail hücumlarının ziyanı 270 milyard dollara çatdı

3 saat əvvəl 1 dəq oxu Editorial Board
 Tehran: ABŞ və İsrail hücumlarının ziyanı 270 milyard dollara çatdı


İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində İrana dəyən zərər təxminən 270 milyard dollar qiymətləndirilir.


ArazNews-un beynəlxalq agentliklərə istinadən verdiyi məlumata görə, Mühacirani “RİA Novosti”yə açıqlamasında bu rəqəmin ilkin hesablamalara əsaslandığını, həm birbaşa, həm də dolayı zərərləri əhatə etdiyini və hələ yekun olmadığını deyib.


O, həmçinin vurğulayıb ki, müharibə təzminatının alınması İranın danışıqlar heyətinin əsas gündəlik mövzularından biridir və bu məsələ İslamabadda keçirilən son danışıqlarda da müzakirə olunub.


Mühaciraninin sözlərinə görə, zərərlərin daha dəqiq qiymətləndirilməsi bir neçə mərhələdə aparılacaq və yekun rəqəm bu proses tamamlandıqdan sonra açıqlanacaq.