"Hörmüz boğazına nəzarət hüququmuz tanınmalı, ya da müharibəyə qayıdılmalıdır"
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi son hadisələr və atəşkəs müzakirələri ilə bağlı xəbərdarlıq edərək bildirib ki, İranın tələbləri təmin olunmadan mövcud vəziyyətin davamı gərginliyin artmasına səbəb ola bilər.
ArazNews-un İSNA-ya istinadən verdiyi məlumata görə, Rzayi “X” sosial şəbəkəsində yazıb: «Atəşkəsin bitməsi onun uzadılması ilə nəticələnməməlidir. Ya İranın hüquqları, o cümlədən Hörmüz boğazı üzərində nəzarətimiz tanınmalıdır, ya da müharibəyə qayıtmalıdırlar. Yaranmış fasilədən yenidən təxribat və silahlanma üçün istifadə etmələrinə icazə verilməyəcək.»
O əlavə edib: «Əgər hüquqlarımız verilməsə, amerikalılar və sionistlərin vəhşiliyinə səbəb olan bu zəif atəşkəs aradan qaldırılmalı və kənara qoyulmalıdır.»
Rzayi daha əvvəl ayrı bir paylaşımında Donald Trampın dəniz mühasirəsi ilə bağlı təhdidlərini “blöf” adlandıraraq yazmışdı: «Trampın İranı dənizdən mühasirəyə alacağını deməsi reallıqdan çox blefdir. Bu, müharibə əməliyyatı sayılır və biz cavab verəcəyik... həm də oyunda hələ istifadə etmədiyimiz digər kartlarımızı da ortaya qoya bilərik.»