ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirir.
Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, Tramp bu mövqeyini NATO-nun İranla bağlı davam edən müharibədə ABŞ-a qoşulmaması ilə əsaslandırıb.
Tramp həmçinin NATO-nu “kağız pələng” adlandırıb və deyib ki, Rusiya və Vladimir Putin bunu yaxşı bilir. O, bu hərbi alyansın fəaliyyətini sərt şəkildə tənqid edib.