Amnesty International: İranda internetin kəsilməsi insan haqlarının pozuntusudur

4 saat əvvəl 1 dəq oxu Editorial Board
Amnesty International: İranda internetin kəsilməsi insan haqlarının pozuntusudur


İranda internet kəsintisinin mininci saatına çatması ilə eyni vaxtda Amnesty International bu addımın ciddi insan haqları problemi olduğunu bildirib və internetə çıxışın dərhal bərpa olunmasını tələb edib.

ArazNews-un məlumatına görə, Amnesty International 10 aprel tarixində yaydığı bəyanatda vurğulayıb: “İranda insanlar 1000 saatdan çoxdur rəqəmsal qaranlıqda yaşayırlar. İnternetə çıxış əsas insan hüququdur və münaqişə zamanı həyati və əvəzolunmazdır.” Təşkilatın Böyük Britaniya ofisi də qeyd edib ki, İranda 90 milyon insan bu müddət ərzində ailə ilə əlaqə, məlumat əldə etmək və dünya ilə ünsiyyət imkanından məhrum qalıb.


İran rejimi ABŞ və İsrailin hücumlarının ilk günü — 28 fevral 2026 tarixində internet və beynəlxalq kommunikasiya xətlərini kəsib və 42 gün keçməsinə baxmayaraq, bu məhdudiyyətləri izah vermədən davam etdirir.


Adi vətəndaşlar internetdən məhrum olduğu halda, hökumət rəsmiləri və onlara yaxın şəxslər “ağ SIM kart” vasitəsilə internetə çıxışı saxlayır.