Azərbaycan Milli Dirəniş Təşkilatı adından təşəkkür savı;

4 saat əvvəl 1 dəq oxu
Azərbaycan Milli Dirəniş Təşkilatı adından təşəkkür savı;


Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq, təşkilatımızın 20-ci quruluş il dönümü münasibətilə bizə ünvanlanan səmimi təbriklərə görə Bütöv Azərbaycan Ocaqları - BAO, Güney Azərbaycan Demokrat Partiyası - GADP, Azərbaycan Mərkəz Partiyası - AMP və Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası - OCAQ başda olmaqla bütün qardaş quruluşlara və dəyərli mücadilə yoldaşlarımıza dərin təşəkkürümüzü bildiririk.



Bu diqqət və dəstək, ortaq milli və demokratik mübarizəmizdə birliyimizin və həmrəyliyimizin bariz göstəricisidir. Göstərilən bu səmimi mənəvi dəstək bizə daha böyük məsuliyyət və güc verməkdədir. İnanırıq ki, vətənimizin yaşadığı həssas dönəmdə birlikdə, daha sıx əməkdaşlıq və həmrəylik içində mübarizəmizi davam etdirəcəyik.



Sayğı və sevgilərlə;


Azərbaycan Milli Dirəniş Təşkilatı sözçüsü

Araz News Media Qrubu müdürü

Məcid Cavadi Araz