İran rejiminin rəsmi hökumət saytı ABŞ və İsrailin hücumları zamanı, Farvardinin 1-də Natanz zənginləşdirmə kompleksinin yenidən hədəf alındığını açıqlayıb və İran Atom Enerjisi Təşkilatı da bu hücumu təsdiqləyib.
ArazNews-un məlumatına görə, İran hökumətinin saytına istinadən, Atom Enerjisi Təşkilatı bildirib ki, Natanz obyektlərinə edilən hücum “NPT müqaviləsi və nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəliklərə ziddir” və eyni zamanda mümkün radioaktiv sızma ilə bağlı texniki araşdırmalar aparılır.
Bəyanatda qeyd olunub ki, “heç bir radioaktiv sızma qeydə alınmayıb və ətraf ərazilərdə yaşayanlar üçün təhlükə yoxdur.” ABŞ və İsrail isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Natanz obyektləri bundan əvvəl də 11 Esfend 1404 tarixində ABŞ və İsrailin birgə əməliyyatları zamanı iki dəfə hava hücumuna məruz qalmış və yeraltı hissələrinin girişlərinə ziyan dəymişdi.