Axios: CIA və Mossad Müctəba Xameneinin vəziyyəti ilə bağlı izlər axtarır

1 saat əvvəl 1 dəq oxu
Axios: CIA və Mossad Müctəba Xameneinin vəziyyəti ilə bağlı izlər axtarır


ABŞ-ın Axios nəşrinin yaydığı yeni hesabat göstərir ki, ABŞ, İsrail və digər ölkələrin kəşfiyyat qurumları Müctəba Xameneinin fiziki vəziyyəti, harada olduğu və İran rəhbərliyində real rolunu müəyyən etməyə çalışır.

ArazNews-un məlumatına görə, Axios-a istinadən, Müctəba Xamenei Novruz münasibətilə hər il olduğu kimi video müraciət etməyərək yalnız yazılı mesaj yayımladıqdan sonra onun vəziyyəti ilə bağlı şübhələr artıb. ABŞ və İsrail kəşfiyyat mənbələri onun sağ olduğuna dair bəzi əlamətlərin olduğunu desə də, “Tehranda əsas qərarverici şəxs olduğunu sübut edən heç bir dəlil yoxdur” deyə bildiriblər.


ABŞ rəsmiləri bildirir ki, milli təhlükəsizlik komandası hazırda İranda hakimiyyətin faktiki olaraq kimin əlində olduğunu müəyyən etməyə çalışır.


Eyni zamanda bəzi İsrail rəsmiləri vurğulayır ki, Əli Laricaninin öldürülməsindən sonra yaranan hakimiyyət boşluğu əsasən SEPAH tərəfindən doldurulub və bu qurum ölkənin idarə olunmasında mərkəzi rol oynayır.


Hesabatda həmçinin qeyd olunur ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, komanda strukturlarında böhran olmasına baxmayaraq, İran rejiminin yaxın zamanda çökməsinə dair hələlik açıq əlamətlər yoxdur.