New York Times: üç həftəlik müharibədə 9 ölkədə 39 enerji obyektinə ziyan dəyib

1 saat əvvəl 1 dəq oxu
 New York Times: üç həftəlik müharibədə 9 ölkədə 39 enerji obyektinə ziyan dəyib


ArazNews-un məlumatına görə, New York Times yazır ki, son üç həftəlik müharibə ərzində regionun 9 ölkəsində ən azı 39 enerji obyekti ya zədələnib, ya da fəaliyyətini dayandırıb.

Hesabatda İranın Cənubi Pars qaz yatağına, Qətərdə Ras Laffan LNG obyektlərinə, Səudiyyə Ərəbistanındakı neft emalı və petrokimya komplekslərinə, həmçinin BƏƏ-nin Füceyrə bölgəsindəki neft infrastrukturlarına dəyən ziyan qeyd olunur.


Məlumata əsasən, İraqın neft yataqları tamamilə dayandırılıb, İsrailin enerji obyektləri sıradan çıxıb, Küveytdə enerji infrastrukturları hədəf alınıb və Bəhreynin neft emalı zavodları fors-major şəraitində fəaliyyət göstərir. Bundan əlavə, Omanın bəzi sənaye bölgələrinin də zərər gördüyü bildirilir.


New York Times vurğulayır ki, Yaxın Şərqin enerji infrastrukturları onilliklər ərzində yüz milyardlarla dollar sərmayə ilə qurulub, lakin cəmi üç həftəlik müharibə bu obyektlərə elə ziyan vurub ki, onların bərpası münaqişə bitdikdən sonra belə illər çəkə bilər.