İsrail ordusu İran səmasında döyüş təyyarəsinə raket atıldığını açıqladı

2 saat əvvəl 1 dəq oxu
 İsrail ordusu İran səmasında döyüş təyyarəsinə raket atıldığını açıqladı


İsrail ordusu bildirib ki, İran hava məkanında həyata keçirilən əməliyyat zamanı bu ölkəyə məxsus bir döyüş təyyarəsinə yer-hava tipli raket atılıb.


ArazNews-un məlumatına görə, İsrail ordusunun rəsmi hesabına istinadən, təyyarənin heyəti təlimatlara uyğun hərəkət edib və hadisə nəticəsində təyyarəyə heç bir ziyan dəyməyib, əməliyyat isə plan üzrə davam etdirilib.


Bəyanatda qeyd olunub ki, müharibənin başlanmasından bu yana İsrail təyyarələrini hədəf almaq üçün bir neçə cəhd edilib, lakin pilotlar bu təhdidləri dəf edə biliblər.


İsrail ordusu həmçinin vurğulayıb ki, hava qüvvələri İran ərazisində əməliyyatlarını davam etdirəcək və təhlükələrə baxmayaraq missiyalarını yerinə yetirəcək.