Hizbullahın hərbi gücü ilə bağlı yeni qiymətləndirmə on minlərlə raket hələ də qalır
İsrailin Hizbullaha qarşı davam edən hücumları fonunda yayılan məlumatlara görə, bu qrup hələ də raket arsenalının əhəmiyyətli hissəsini qoruyub saxlayıb.
ArazNews-un məlumatına görə, Əl-Şərq əl-Əvsətə istinadən bəzi hərbi ekspertlər bildirir ki, son aylarda Hizbullahın hərbi gücünün 50–70 faizi məhv edilsə də, qrupun əlində hələ də təxminən 30 min raket mövcuddur. Halbuki əvvəllər bu arsenalın ümumilikdə 100 min raket olduğu təxmin edilirdi.
Ekspertlər qeyd edir ki, bu silahların böyük hissəsi yeraltı obyektlərdə və İsrailin tam şəkildə məhv edə bilmədiyi tunellərdə saxlanılır. Həmçinin bu ehtiyatların bir hissəsi Bəqaa bölgəsində və Litani çayının şimalında yerəşir.
qrup qısa mənzilli Katyuşa və Qrad tipli raketlərin istehsalını və pilotsuz uçuş aparatlarının yığılmasını davam etdirir, uzun mənzilli raketlərin sayı isə daha məhdud səviyyədə qalıb.