İsrail rəsmiləri bu gün səhər saatlarında İranın Buşehr vilayətində yerləşən ən böyük təbii qaz emalı obyektinin hədəf alındığını təsdiqləyiblər.
ArazNews-un məlumatına görə, İrandan yayılan xəbərlərdə də Cənubi Pars dəniz qaz yatağına bağlı obyektlərin və Əsəluyeh neft-qaz sənayesi infrastrukturlarının hücuma məruz qaldığı bildirilir.
Məlumatlarda qeyd olunur ki, hücum nəticəsində Cənubi Parsın bir neçə fazası fəaliyyətini dayandırıb.