Türkiyənin enerji və təbii sərvətlər naziri bildirib ki, Orta Doğuda gərginliyin artmasına baxmayaraq, ölkə neft və qaz təminatında heç bir problem yaşamır.
ArazNews-un məlumatına görə, Anadolu agentliyinə danışan Alparslan Bayraktar qeyd edib ki, Türkiyə mayeləşdirilmiş qazı (LNG) 12 ölkədən alır və boru xətləri vasitəsilə də 4 ölkədən qaz idxal edir. O vurğulayıb: «Qaz və xam neft təminatında heç bir problem yaşamamışıq».
Bayraktar əlavə edib ki, Hörmüz boğazının uzun müddət bağlanması qlobal enerji bazarına təsir edə bilər, lakin Türkiyənin bu marşruta həyati asılılığı yoxdur və son on ildə mənbələrin şaxələndirilməsi, infrastruktur və anbarlama sahəsində yatırımlar enerji təhlükəsizliyini gücləndirib.
Nazir həmçinin İraqdan Türkiyəyə neft axınının yenidən başladığını və gündəlik 170–250 min barel arasında dəyişdiyini bildirib, Qara dənizdə kəşfiyyat işlərinin və Somalidə qazma layihələrinin genişləndirildiyini qeyd edib.