İsrail ordusu: Qərbi İranda PUA buraxılış bölməsi vurulub

2 saat əvvəl 1 dəq oxu
 İsrail ordusu: Qərbi İranda PUA buraxılış bölməsi vurulub


İsrail Hərbi Hava Qüvvələri Qərbi İranda bir PUA buraxılış bölməsinin hədəfə alınaraq məhv edildiyini açıqlayıb.


ArazNews-un İsrail ordusunun X sosial şəbəkəsindəki hesabına istinadən verdiyi məlumata görə, İsrail qırıcı təyyarəsi “dəqiq və real vaxt kəşfiyyat məlumatları” əsasında Qərbi İranda bir dron buraxılış bazasında yerləşən anqar daxilində fəaliyyət göstərən PUA buraxılış qrupunu müəyyən edib və həmin anqarı vurub.


İsrail ordusu iddia edib ki, hücumdan sonra bu qrupun üzvləri hadisə yerindən qaçıblar, lakin bir neçə dəqiqə sonra həyata keçirilən başqa bir zərbə nəticəsində öldürülüblər.


Açıqlamada bildirilib ki, bu əməliyyat İran rejiminin raket və PUA sistemlərinə qarşı geniş hücumlar çərçivəsində həyata keçirilib və yüzlərlə hava hücumundan müdafiə sistemi və hərbi infrastruktura zərbələr endirildikdən sonra İranın qərb və mərkəzi bölgələrinin bəzi hissələrində hava üstünlüyü əldə olunub.