Əraqçi: Müharibənin başa çatması yalnız təminat və təzminatla mümkündür
3 saat əvvəl
•
1 dəq oxu
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran müharibənin sona çatdırılması ilə bağlı təqdim olunacaq hər hansı təklifi nəzərdən keçirməyə hazırdır.
ArazNews-un məlumatına görə, , «Əl-Ərəbi əl-Cədid»ə istinadən Əraqçi bildirib ki, müharibənin bitməsi yalnız onun yenidən baş verməyəcəyinə dair təminat verilməsi və İrana dəyən zərərlərə görə təzminatın ödənilməsi ilə mümkün ola bilər.
O qeyd edib ki, gərginliyin azaldılması və müharibənin dayandırılması üçün bəzi regional ölkələr tərəfindən vasitəçilik səyləri davam edir.
Əraqçi həmçinin vurğulayıb ki, Qətər, Səudiyyə Ərəbistanı və Oman daxil olmaqla bölgə ölkələri ilə diplomatik əlaqələr və məsləhətləşmələr davam edir.