Zelenski: Rusiya “Şahed” PUA-larını İrana verib

4 saat əvvəl 1 dəq oxu
 Zelenski: Rusiya “Şahed” PUA-larını İrana verib


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya “Şahed” tipli pilotsuz uçuş aparatlarını İrana verib və bu PUA-lardan ABŞ və İsrailə qarşı hücumlarda istifadə olunur.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Zelenski CNN kanalına müsahibəsində deyib ki, İran ABŞ bazalarına qarşı hücumlarda Rusiyanın istehsal etdiyi “Şahed” dronlarından istifadə edir və bunu “yüz faiz reallıq” adlandırıb.


“Şahed” pilotsuz aparatları ilkin olaraq İran tərəfindən hazırlanıb və raketlərlə müqayisədə daha ucuz olduqları üçün müharibələrdə geniş istifadə olunur. Bu dronlar ilk dəfə geniş miqyasda Rusiyanın Ukraynaya qarşı müharibəsində tətbiq olunmuşdu.


Məlumata görə, İran əvvəlcə bu dronları Rusiyaya vermişdi, lakin Rusiya sonradan onların öz versiyalarını istehsal etməyə başlayıb.