ABŞ rəsmiləri Müctəba Xameneinin hədəf oluna biləcəyini bildirib

5 saat əvvəl 1 dəq oxu
 ABŞ rəsmiləri Müctəba Xameneinin hədəf oluna biləcəyini bildirib


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri general Devid Petraeus CNN-ə müsahibəsində Müctəba Xameneinin İranın yeni rəhbəri seçilməsini “təəssüf doğuran hal” adlandırıb və bir çoxlarının daha praqmatik bir rəhbərin hakimiyyətə gələcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, belə bir lider İranın nüvə və raket proqramları ilə bağlı fərqli yanaşma sərgiləyə bilərdi.


Eyni zamanda ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem Müctəba Xameneini “dini nasist” adlandırıb və onun hakimiyyətə gəlməsinin İran və regionun gələcəyi üçün heç bir dəyişiklik yaratmayacağını deyib. ABŞ prezidenti Donald Tramp da xəbərdarlıq edərək bildirib ki, İran İslam Respublikasının rəhbəri olmaq istəyən hər kəs “sonunda öldürülə bilər”.