Türkiyə İran tərəfindən atılan ballistik raketin hava məkanında məhv edildiyini açıqladı

1 saat əvvəl 1 dəq oxu
Türkiyə İran tərəfindən atılan ballistik raketin hava məkanında məhv edildiyini açıqladı


Türkiyə Müdafiə Nazirliyi yayımladığı bəyanatda bildirib ki, İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilib.


Bəyanata görə, raketin bəzi qalıqları Qaziantep ətrafındakı boş ərazilərə düşüb, lakin hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.


Ankara həmçinin vurğulayıb ki, Türkiyənin ərazisinə və hava məkanına qarşı istənilən təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə görüləcək.