Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının yeni rəhbəri kimi Müctəba Xameneinin seçilməsi münasibətilə ona təbrik mesajı göndərib.
Araz News-un məlumatına görə, İRNA agentliyinə istinadən yayılan xəbərdə bildirilir ki, Putin mesajında yeni rəhbərin qarşıdakı çətinliklər fonunda ölkəni idarə edə biləcəyinə və daxili birliyi qoruyacağına ümid etdiyini qeyd edib.
Putin həmçinin Rusiyanın Tehranla münasibətləri və əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Bu arada qeyd olunur ki, Moskva və Pekin siyasi bəyanatlarında İranı dəstəkləsələr də, son müharibə zamanı Rusiya və Çin tərəfindən İrana əhəmiyyətli hərbi və ya praktiki yardım göstərildiyi barədə məlumat verilməyib.