Tramp Müctəba Xamenei barədə: “Görəcəyik nə baş verəcək”

1 saat əvvəl 1 dəq oxu
Tramp Müctəba Xamenei barədə: “Görəcəyik nə baş verəcək”


ABŞ prezidenti Donald Tramp “The Times of Israel” qəzetinə telefon müsahibəsində bildirib ki, İranla müharibənin nə vaxt başa çatacağı onun və İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərarı ilə müəyyən ediləcək. O əlavə edib ki, son qərarı isə “uyğun zamanda” şəxsən özü verəcək.

Araz News-un məlumatına görə, Tramp bu mediaya bildirib ki, o və Netanyahu müharibə zamanı “tam koordinasiya” şəraitində hərəkət ediblər. O deyib: “İran İsraili və ətraf ölkələri məhv etmək istəyirdi, amma indi baxın nə baş verdi; biz İsraili məhv etmək istəyən bir ölkəni məhv etdik.”

Tramp həmçinin ABŞ hücumları dayandırdıqdan sonra İsrailin müharibəni davam etdirib-etdirməyəcəyi barədə suala cavab olaraq deyib: “Belə bir şeyə ehtiyac olacağını düşünmürəm.”

ABŞ prezidenti daha əvvəl ABC telekanalına verdiyi müsahibədə demişdi ki, İranın növbəti lideri Ağ Ev tərəfindən təsdiqlənməzsə “uzun müddət davam gətirməyəcək”. O, “The Times of Israel”ə Müctəba Xameneinin mümkün seçilməsi barədə isə birbaşa mövqe bildirməyərək yalnız belə deyib: “Görəcəyik nə baş verəcək.”