Tramp İranın növbəti rəhbərinin ABŞ təsdiqi olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcəyini dedi

11 saat əvvəl 1 dəq oxu
 Tramp İranın növbəti rəhbərinin ABŞ təsdiqi olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcəyini dedi


Tramp bildirib ki, İranın gələcək rəhbəri Vaşinqtonun təsdiqi olmadan hakimiyyətdə uzun müddət qala bilməz və bütün variantlar, o cümlədən hərbi seçim hələ də masadadır.


ArazNews-un məlumatına görə, Tramp ABC News kanalına müsahibəsində deyib ki, İranın gələcək rəhbəri ABŞ tərəfindən qəbul olunmalıdır və əks halda onun hakimiyyətdə qalma ehtimalı çox az olacaq.


Tramp həmçinin İran ərazisinə quru qoşunlarının göndərilməsi ehtimalını da istisna etməyib və bütün variantların hələ də nəzərdən keçirildiyini bildirib.


Bu açıqlamalar İranın Ekspertlər Məclisində Əli Xameneinin varisi ilə bağlı çoxluğun mövqeyinin müəyyənləşdiyi barədə xəbərlərin yayıldığı bir vaxtda səslənib. Bildirilir ki, İranın yeni rəhbərinin adı yaxın vaxtlarda açıqlana bilər.


Eyni zamanda İsrail ordusu daha əvvəl bəyan etmişdi ki, İranın yeni rəhbərinin seçilməsi prosesində rol oynayan şəxslər hücumların hədəfi ola bilər.