İsrailin qiymətləndirməsi: hücumlarda 3 mindən çox İran hərbçisi və bağlı qüvvələr öldürülüb
1 saat əvvəl
•
1 dəq oxu
İsrail mediası bildirib ki, təhlükəsizlik qiymətləndirmələrinə əsasən, şənbə günü İranla müharibə başlayandan bəri 3 mindən çox İran hərbçisi və İslam Respublikasına bağlı qüvvə həlak olub.
ArazNews-un məlumatına görə, İsrailin “Yedioth Ahronoth” nəşri yazıb ki, bu şəxslər İsrail və ABŞ tərəfindən İranla əlaqəli hədəflərə qarşı həyata keçirilən hava zərbələri zamanı öldürülüb.
Məlumata əsasən, bu rəqəmlər İsraildə keçirilən təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi iclaslarında təqdim olunub və ölkənin siyasi rəhbərliyinə çatdırılıb.