Jerusalem Post: İsrail İran içində Güney Azərbaycan və digər qeyri-fars millətlərini dəstəkləməlidir

3 saat əvvəl 1 dəq oxu
Jerusalem Post: İsrail İran içində Güney Azərbaycan və digər qeyri-fars millətlərini dəstəkləməlidir


Jerusalem Post qəzetində yayımlanan bir analitik yazıda İsrailin İran daxilində Güney Azərbaycan türkləri və digər qeyri-fars millətlərinə dəstək verməsinin vacibliyi vurğulanıb.

ArazNews-un məlumatına görə, məqalədə qeyd olunur ki, İranda mümkün siyasi dəyişikliklər baş verəcəyi təqdirdə qeyri-fars millətlərin, o cümlədən Güney Azərbaycan türklərinin rolu ölkənin gələcəyində müəyyənedici ola bilər.

Yazıda vurğulanır ki, Güney Azərbaycanın insanları uzun illərdir ana dilində təhsil, türk dilinin rəsmi şəkildə tanınması və öz müqəddəratını təyin etmə kimi tələblər irəli sürür. Müəllif bildirir ki, İranın gələcəyi ilə bağlı hər hansı siyasi müzakirə bu ölkədə yaşayan müxtəlif millətlərin hüquqlarını nəzərə almalıdır.

Məqalədə həmçinin Qafqaz bölgəsində türklər və yəhudilər arasında tarixi əlaqələrə toxunulur və qeyd edilir ki, İranda siyasi dəyişikliklər baş verərsə, Güney Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişaf etməsi mümkün ola bilər.