Ağ Ev: Trampın qrupları silahlandırmağa razılıq verdiyi barədə xəbərlər “tamamilə yanlışdır”
2 saat əvvəl
•
1 dəq oxu
Ağ Evin sözçüsü bildirib ki, ABŞ prezidenti Donald Tramp son günlərdə Yaxın Şərq regionundakı tərəfdaşlar, müttəfiqlər və liderlərlə bir sıra telefon danışıqları aparıb.
ArazNews-un məlumatına görə, sözçü deyib ki, bu məsləhətləşmələrin bir hissəsində Tramp ABŞ-ın Şimali İraqda yerləşən hərbi bazası ilə bağlı kürd liderlərlə də danışıq aparıb.
O eyni zamanda vurğulayıb ki, ABŞ prezidentinin hər hansı qrupları silahlandırmaq planına razılıq verdiyi barədə yayılan xəbərlər “tamamilə yanlışdır” və bu iddialara diqqət yetirilməməlidir.