Nyu-York Tayms: İran kəşfiyyat əməkdaşları müharibəni bitirmək üçün CIA ilə danışığa hazır olduqlarını bildirib
Nyu-York Tayms qəzeti yazıb ki, İranın Kəşfiyyat Nazirliyinin bəzi əməkdaşları üçüncü bir ölkənin kəşfiyyat qurumu vasitəsilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə mesaj göndərərək müharibəni sona çatdırmaq barədə danışığa hazır olduqlarını bildiriblər.
ArazNews-un məlumatına görə, Yaxın Şərq rəsmiləri və bir Qərb ölkəsinin nümayəndəsinə istinadən yayılan bu xəbərdə bildirilib ki, təklif naməlum bir ölkənin kəşfiyyat xidməti vasitəsilə ötürülüb. Ağ Ev və CIA isə bu məsələ ilə bağlı sorğulara hələlik cavab verməyib.
Məlumata görə, Vaşinqton rəsmiləri nə İran hakimiyyətinin, nə də Donald Tramp administrasiyasının qısa müddətdə müharibədən çıxış yolu tapmağa hazır olduğuna şübhə ilə yanaşır. Bu arada İranın Cenevrədə BMT-dəki səfiri bir gün əvvəl bildirib ki, mövcud şəraitdə ABŞ ilə danışıqlar gündəmdə deyil. Tramp isə daha əvvəl demişdi ki, Tehran danışıq istəyir, amma “artıq gecdir”.