Türkiyənin İrana etirazı: Fidan və Araqçi raket məsələsini telefon danışığında müzakirə etdi
Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb ki, bu ölkənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı aparıb və İrandan atılan ballistik sursat məsələsini müzakirə edib. Bildirilib ki, bu sursat Türkiyə hava məkanına doğru hərəkət edərkən zərərsizləşdirilib.
ArazNews-un Türkiyə mediasına istinadən yaydığı məlumata görə, Fidan telefon danışığında İrandan atılan və Türkiyə hava məkanına yönələn ballistik sursatla bağlı Ankaranın reaksiyasını və etirazını İran tərəfinə çatdırıb.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Fidan həmkarı ilə danışıq zamanı bu hadisə ilə bağlı Türkiyənin mövqeyini çatdırıb və bölgədə qarşıdurmanın genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməyin vacibliyini vurğulayıb.