Azərbaycanlı siyasi məhbuslara təzyiq artır: “Tövbə məktubu” müqabilində azadlıq tələbi

4 saat əvvəl 1 dəq oxu
Azərbaycanlı siyasi məhbuslara təzyiq artır: “Tövbə məktubu” müqabilində azadlıq tələbi


Yerli mənbələr Araz News-a bildiriblər ki, İranın təhlükəsizlik qurumları azərbaycanlı siyasi məhbuslara, o cümlədən Əli Babayiyə təzyiqləri artıraraq onların “tövbə məktubu” imzalayıb təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmələrini istəyir.

Mənbələrin sözlərinə görə, məhbuslara bildirilib ki, bu öhdəlik sənədini imzalamaqdan imtina etdikləri halda həbsin davamı, bəzi qanuni hüquqlardan məhrumetmə və əlavə məhdudiyyətlərlə üzləşəcəklər.

Daxil olan məlumatlara əsasən, Azərbaycanlı siyasi məhbuslar bu tələbi “qanunsuz” hesab edərək tövbə məktubu imzalamaqdan və təhlükəsizlik qurumları ilə hər hansı əməkdaşlıqdan imtina ediblər. Bildirilir ki, onlar irəli sürülən ittihamları qəbul etməyə və ya onlara qarşı aparılan məhkəmə və təhlükəsizlik proseslərini təsdiqləyən öhdəliklər verməyə hazır olmadıqlarını vurğulayıblar.

Son illərdə azərbaycanlı mülki və siyasi fəallar təhlükəsizlik təzyiqləri, məzuniyyətə çıxışın məhdudlaşdırılması və azadlığın öhdəlik və əməkdaşlıq şərti ilə bağlanması barədə dəfələrlə məlumat veriblər.