Əl-Ərəbiyyə: Sepah Hizbullahın idarəsini ələ alıb, ABŞ və İsraillə mümkün müharibəyə hazırlaşır

1 saat əvvəl 1 dəq oxu
Əl-Ərəbiyyə: Sepah Hizbullahın idarəsini ələ alıb, ABŞ və İsraillə mümkün müharibəyə hazırlaşır


Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Hizbullaha yaxın mənbələr Sepah zabitlərinin bu qruplaşmanın idarəsini faktiki olaraq öz əllərinə aldıqlarını və ABŞ ilə İsraillə mümkün müharibə ehtimalına qarşı hərbi gücü yenidən qurduqlarını bildiriblər.

Mənbələrin sözlərinə görə, SEPAH-ın bir sıra zabitləri son vaxtlar İrandan Livana gəlib və Hizbullah qüvvələrinin təlimi və koordinasiyası ilə məşğuldur. Eyni zamanda İsrail Livanda Həmas və Hizbullahın komanda mərkəzlərinə qarşı hava zərbələri dalğasında azı 12 nəfərin, o cümlədən Hizbullahın yüksək rütbəli komandirlərindən birinin öldüyünü, 50 nəfərin yaralandığını açıqlayıb.

Bu arada Livanın “Nidaa əl-Vatan” qəzeti siyasi mənbələrə istinadən yazıb ki, ABŞ–İran müharibəsi baş verəcəyi halda Beyrut neytrallığını elan etməli və Hizbullahın ölkəni müharibəyə cəlb etməsinə imkan verməməlidir. Daha əvvəl Tehranın Hizbullaha İsraillə mümkün müharibədə iştirak üçün təzyiq göstərdiyi barədə məlumatlar yayılmışdı