Senator Tom Kotton: «İranda rejim dəyişikliyi ilə dünya daha yaxşı bir yer olacaq»
ABŞ Senatının Kəşfiyyat Komitəsinin respublikaçı sədri Tom Kotton bildirib ki, ABŞ nüvə silahı əldə etmiş İranı qəbul edə bilməz və hərbi qarşıdurmanın qarşısını almaq üçün İran nüvə proqramını, raket proqramını və regional qruplara dəstəyini tam dayandırmalıdır.
Amerikanın Səsi radiosuna müsahibəsində Kotton vurğulayıb ki, yalnız “tam silahsızlanma” hərbi münaqişənin qarşısını ala bilər. O əlavə edib ki, İran uzaqmənzilli ballistik raketlərdən və regional şəbəkələrdən imtina etməlidir. Senator həmçinin lazım gələrsə prezidentin hərbi addım atmaq səlahiyyətlərini müdafiə edib və İranla mümkün razılaşmanın Konqresə təqdim olunmalı olduğunu deyib.
Kotton bildirib: “Əgər İranda rejim dəyişərsə, dünya daha yaxşı yer olar”, lakin bunun genişmiqyaslı quru qoşunlarının göndərilməsi demək olmadığını qeyd edib. Bu açıqlamalar Donald Trampın İran əleyhinə məhdud hərbi addım variantını nəzərdən keçirdiyini deməsindən sonra səsləndirilib.