Marko Rubio: İranla razılaşmaya nail olmaq asan deyil

1 saat əvvəl 1 dəq oxu
Marko Rubio: İranla razılaşmaya nail olmaq asan deyil


ABŞ dövlət katibi Marko Rubio son açıqlamasında İranla razılaşmaya nail olmağın asan olmadığını bildirib. ArazNews-un məlumatına görə, o, İranın siyasi quruluşuna toxunaraq ölkənin sonda şiə ruhaniləri tərəfindən idarə olunduğunu və əsas qərarların radikal şiə ruhanilərin rəhbərliyi altında qəbul edildiyini deyib.


Rubio əlavə edib ki, İranda siyasət “saf ilahiyyat” əsasında formalaşdırılır və bu məsələ danışıqlar prosesini mürəkkəbləşdirir. O vurğulayıb: «Biz həmişə demişik ki, İranla razılaşma əldə etmək çətindir, lakin buna baxmayaraq çalışacağıq.»


Bu açıqlamalar Tehran və Vaşinqton arasında danışıqların ikinci raundunun sabah Cenevrədə keçiriləcəyi ərəfəsində səsləndirilib.