bazar, 29 noyabr 2026
Bölgə

Türkiyənin Rize vilayətində çay sahəsinə xarici mənşəli dron düşüb

Türkiyənin Rize vilayətində çay sahəsinə xarici mənşəli dron düşüb

Noyabrın 29-da, bazar günü Türkiyənin şimal-şərqindəki Rize vilayətində çay sahəsinə xarici mənşəli pilotsuz uçuş aparatı düşüb. Hadisə nəticəsində dronun düşdüyü yerin yaxınlığındakı dörd evin pəncərə şüşələri sınıb, lakin ölən və ya yaralanan olmayıb.

Dronun xarici mənşəli olduğu ilkin məlumatlar əsasında açıqlanıb. Onun qalıqları ekspert araşdırması üçün hadisə yerindən toplanıb.

Rize vilayəti Qara dəniz sahilində, Trabzon və Artvin vilayətləri ilə qonşuluqda yerləşir və Türkiyənin ən mühüm çayçılıq mərkəzidir. Ölkədə istehsal olunan çayın böyük hissəsi məhz bu bölgənin bağlarından yığılır.

Bu xəbəri paylaşın