İslam Respublikasının Səhiyyə Nazirliyi oktyabrın 31-dən noyabrın 28-dək 865 nəfərin standartlara cavab verməyən spirtli içkilərdən zəhərləndiyini açıqlayıb. Nazirliyin məlumatına görə, onlardan 32 nəfər həyatını itirib, 8 nəfərdə isə beyin ölümü qeydə alınıb.
Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, zəhərlənənlərdən 746 nəfəri kişi, 119 nəfəri isə qadındır. Onlardan 197 nəfəri 20 yaşdan aşağıdır. 238 nəfərin vəziyyəti o qədər ağır olub ki, onlara dializ tətbiq olunub.
İslam Respublikasında spirtli içkilərin alınması və istehlakı qadağandır. Bu səbəbdən insanlar istehsalına heç bir nəzarət olmayan evdə hazırlanmış içkilərə üz tuturlar. Bu içkilər hər il bir sıra vətəndaşın zəhərlənməsinə səbəb olur.