bazar, 29 noyabr 2026
İran

Rialın çöküşü ABŞ maliyyə nazirinin proqnozunu üstələdi: dollar 303 min tüməni keçdi

Rialın çöküşü ABŞ maliyyə nazirinin proqnozunu üstələdi: dollar 303 min tüməni keçdi

İranın açıq bazarında ABŞ dollarının qiyməti 303 min tümən həddini keçərək ABŞ-ın maliyyə naziri Skott Bessentin təxminən üç ay əvvəl proqnozlaşdırdığı rəqəmi üstələyib.

Dolların qiyməti bazar günü, noyabrın 29-da bu səviyyəyə çatıb. Halbuki Bessent avqustun sonlarında, dollar 200 min tümən həddini keçdiyi vaxt «300 min tümənlik dollar yoldadır» deyə yazmışdı.

İslam Respublikasının Mərkəzi Bankı da valyuta bazarını cilovlamaq üçün 9 kriptovalyuta birjasının bank xidmətlərinə çıxışını məhdudlaşdırıb. Nobitex də daxil olmaqla bir sıra birjalar isə Tetherin tümənə qarşı alqı-satqısını dayandırıb.

Mərkəzi Bankın sədri Əbdülnasir Həmmati kifayət qədər valyuta ehtiyatlarının olduğunu və bazara müdaxilə etməyə hazır olduqlarını iddia etsə də, İranın milli valyutasının dəyər itirməsi davam edir.

Bu xəbəri paylaşın