İranda valyuta, qızıl və avtomobil bazarlarındakı kəskin dalğalanmalar mənzil bazarına təzyiqi artırıb və real mənzil alıcılarının alıcılıq qabiliyyətini daha da azaldıb.
"Tejarat News" saytının məlumatına görə, mənzil bazarı üzrə ekspert Mənsur Qeybi bildirib ki, əvvəlki dövrlərdən fərqli olaraq, paralel bazarlardakı dalğalanmalar indi mənzil bazarına daha sürətlə keçir və hətta ən kiçik iqtisadi sarsıntı belə daşınmaz əmlakın qiymətinə təsir göstərir.
Ekspertin sözlərinə görə, son bir-iki ayda mənzil qiymətləri xeyli artıb. Tikinti şirkətləri və daşınmaz əmlak vasitəçiləri bu vəziyyətdən qazanc götürdüyü halda, başını soxmağa bir yer axtaran vətəndaşlar ən çox zərər çəkənlər olur.
Qeybi həmçinin mənzil bazarında tarazlığı bərpa etmək üçün dəstək siyasətinin həyata keçirilməsinin və inflyasiya gözləntilərinin cilovlanmasının vacibliyini vurğulayıb.