bazar, 29 noyabr 2026
İran

Səhiyyə Nazirliyinin kəskin respirator infeksiyalar qrupunun rəhbəri Məhşid Nasehi: Qrip 28 əyalətdə yüksək xəbərdarlıq həddini keçib

Səhiyyə Nazirliyinin kəskin respirator infeksiyalar qrupunun rəhbəri Məhşid Nasehi: Qrip 28 əyalətdə yüksək xəbərdarlıq həddini keçib

Qripin yayılması 28 əyalətdə yüksək xəbərdarlıq həddini keçib, daha iki əyalət də bu həddə yaxınlaşıb. Bu barədə Səhiyyə Nazirliyinin kəskin respirator infeksiyalar qrupunun rəhbəri Məhşid Nasehi məlumat verib.

Ötən həftə yoxlanılan respirator nümunələrin 33 faizində qrip aşkarlanıb, COVID-19 üzrə isə bu göstərici 1,9 faizə çatıb. Nasehinin sözlərinə görə, qripə yoluxduğu müəyyən edilənlərin təxminən 48 faizi 15 yaşadək uşaq və yeniyetmələrdir.

Bu dalğa Səhiyyə Nazirliyi və Qida və Dərman Təşkilatının şəhrivər ayında (avqust-sentyabr) lazım olan qrip peyvəndini vaxtında təmin edə bilmədiyi bir vaxtda pik həddə çatıb. Hər iki qurumun rəsmiləri gecikmənin səbəbi kimi sanksiyaları, valyuta köçürmələri və daşınma ilə bağlı problemləri göstəriblər. Bu il peyvəndin yerli istehsalı da dayandırılıb.

Bu xəbəri paylaşın