şənbə, 28 noyabr 2026
Dünya

Trampın xüsusi elçisi Cared Kuşner: İsrail daimi müharibə düşüncəsindən çıxmalıdır

Trampın xüsusi elçisi Cared Kuşner: İsrail daimi müharibə düşüncəsindən çıxmalıdır

Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner bildirib ki, İsrail daimi müharibə düşüncəsindən əl çəkməli və diqqətini iqtisadi diplomatiyaya yönəltməlidir. "The Times of Israel" nəşrinin məlumatına görə, o, bu sözləri çərşənbə günü alman iş adamı Matias Döpfnerin podkastında deyib.

O, İsrailin yanaşmasını Körfəz ölkələrinin yanaşması ilə müqayisə edib. Kuşnerin sözlərinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ nümayəndələri Vaşinqtona 100 iş adamı ilə gəlir və müqavilələr imzalayırlar. O əlavə edib ki, Qəzza münaqişəsi sülh yolu ilə həll olunarsa, İsrail və Misir Sinay səhrasında data mərkəzi tikə bilərlər.

Bu açıqlamalar Netanyahunun İslam Respublikasına yenidən hərbi zərbə endirilməsi üçün Tramp administrasiyasının razılığını almağa çalışdığı vaxta təsadüf edib. İsrailin baş naziri bu ayın əvvəlində Mossadın rəhbəri Roman Qofmanı məhz bu məqsədlə Ağ Evə göndərmişdi.

Kuşner çərşənbə axşamı telefon danışığında Netanyahudan HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan "Sülh Şurası" planına qoşulmasını istəyib. Netanyahu əməkdaşlığa hazır olduğunu bildirib, lakin İsrail ordusu hər hansı geri çəkilməyə başlamazdan əvvəl HƏMAS-ın tam tərksilah olunmasını istəyir.

Bu xəbəri paylaşın