bazar, 22 noyabr 2026
İran

Tavanir elektrik stansiyalarında yanacaq çatışmazlığını etiraf edib: Elektrik kəsintiləri azər ayının 1-dən başlayır

Tavanir elektrik stansiyalarında yanacaq çatışmazlığını etiraf edib: Elektrik kəsintiləri azər ayının 1-dən başlayır

Tavanir şirkəti elektrik stansiyalarında yanacaq çatışmazlığı səbəbindən azər ayının 1-dən abunəçilərin elektrik təchizatını məhdudlaşdıracağını açıqlayıb. Şirkətin bildirdiyinə görə, kəsintilərin əhatə edəcəyi abunəçilər elektrik kəsilməzdən əvvəl «Bərq-e Mən» tətbiqi və ya daxili «Bəle» messenceri vasitəsilə xəbərdar ediləcək.

Tavanir bu kəsintiləri resursların idarə olunması və şəbəkənin dayanıqlığının qorunması üçün «zəruri» adlandırıb. Şirkət qış ərəfəsində əhalini elektrik enerjisi və qaz istehlakında qənaətə çağırıb.

Bu xəbəri paylaşın