"The Wall Street Journal" qəzeti xəbər verib ki, Vaşinqton ABŞ-ın Yaxın Şərqdəki bir sıra hərbi obyektlərinin zədələnməsindən sonra İsrailə daha bir "Patriot" raketdən müdafiə sistemi yerləşdirib.
"The Wall Street Journal"un məlumatına görə, ABŞ və İsrail rəsmiləri bildiriblər ki, İran İslam Respublikasının ABŞ-ın regiondakı bəzi bazalarına, radarlarına və erkən xəbərdarlıq sistemlərinə hücumlarından sonra Tramp administrasiyası İsrailə hərbi texnika və aktivlərin göndərilməsini artırıb.
Məlumata əsasən, yeni "Patriot" sisteminin göndərilməsi İsrailin müdafiə potensialının gücləndirilməsi çərçivəsində və İslam Respublikası ilə hərbi toqquşmaların davam etdiyi bir şəraitdə həyata keçirilib.