cümə, 20 noyabr 2026
Dünya

51 səsə qarşı 48 səs: ABŞ Senatı Trampın İrana qarşı müharibə səlahiyyətlərinin məhdudlaşdırılması təklifini rədd edib

51 səsə qarşı 48 səs: ABŞ Senatı Trampın İrana qarşı müharibə səlahiyyətlərinin məhdudlaşdırılması təklifini rədd edib

ABŞ Senatı Donald Trampın İranla bağlı müharibə səlahiyyətlərinin məhdudlaşdırılmasına dair qətnaməni 51 əleyhinə, 48 lehinə səslə rədd edib. Daha əvvəl Nümayəndələr Palatasından keçmiş bu qətnamə Trampı İslam Respublikası ilə müharibəni dayandırmağa və ya onun davam etdirilməsi üçün Konqresdən icazə almağa məcbur edirdi.

Əsasən partiya xətti üzrə keçirilən səsvermədə respublikaçılar Trampı dəstəkləyib. Səsvermə respublikaçıların aralıq seçkilərdə ağır məğlubiyyətindən bir neçə həftə sonra baş tutub. Bu məğlubiyyət daha çox amerikalıların İran müharibəsindən narazılığı ilə əlaqələndirilirdi.

Tramp cümə axşamı İranla bağlı qərar qəbul etməyə tələsmədiyini və vəziyyəti yeni ilin başlanmasından sonra nəzərdən keçirəcəyini deyib. ABŞ-ın dəniz blokadası iyulun 14-dən davam edir. Neft yüklərini izləyən "Kpler" şirkəti isə aban ayında (oktyabr-noyabr) İranda heç bir neft yüklənməsi qeydə almayıb. Bu, 1979-cu il inqilabından bəri yükləmə aparılmayan ilk tam aydır.

Bu xəbəri paylaşın