ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İran İslam Respublikası ilə münaqişənin həlli üçün Rusiya və ya Çindən kömək istəmək niyyətində olmadığını açıqlayıb.
Tramp "Fox News" telekanalına müsahibəsində İranla müharibəyə son qoymaq üçün Moskva və Pekindən vasitəçilik istənilməsi ehtimalı ilə bağlı suala cavab olaraq deyib: "Bizim heç bir köməyə ehtiyacımız yoxdur."
Bu açıqlamalar Trampın Rusiya və Çin liderləri ilə danışıqları ərəfəsində səsləndirilib. Gözlənilir ki, həmin danışıqlarda İran böhranı da müzakirə olunacaq mövzular sırasında olacaq.