Krım tatar türklərinin milli lideri Mustafa Cəmilev «Krım Muxtar Respublikası»nın yaradılması üçün hazırlıqların tamamlandığını açıqlayıb. Krım tatarları ilə Ukrayna hökuməti bu türk xalqının muxtariyyəti məsələsində razılığa gəliblər. Hazırda Krım yarımadası Rusiyanın işğalı altındadır.
Müharibənin davam etməsi Ukrayna Konstitusiyasına zəruri dəyişikliyin qəbul edilməsinə imkan verməyib.
Cəmilevin sözlərinə görə, şərait tələb edərsə, sürgündə respublika elan oluna bilər.
O əlavə edib ki, yüz minlərlə sürgündəki tatar öz ana yurduna qayıdacaq və öz bayrağı altında yaşayacaq.