"Traktor Azərbaycan" klubunun qapıçısı Əlireza Beyranvənd beynəlxalq yarışlarda parlaq çıxışları ilə 2026-cı ildə Asiya futbolunda ilin ən yaxşı kişi futbolçusu adını qazanıb. O, bununla da adını qədim qitənin futbol tarixinə yazdırıb.
Beyranvənd Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun ulduzu Salem əd-Dausari və Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hücumçusu Firas əl-Bureykanla rəqabətdə bu nüfuzlu mükafata layiq görülüb.
Qapıçının İran milli komandasında və "Traktor"un heyətində sərgilədiyi parlaq oyun onun bu rəqabətdə önə çıxmasının əsas amillərindən olub. Buraya Asiya yarışlarında və 2026-cı il dünya çempionatında göstərdiyi diqqətçəkən çıxışlar da daxildir.
Bu seçimin tarixi əhəmiyyəti ondadır ki, Beyranvənd mükafatın 1994-cü ildə təqdim olunmağa başlanmasından bəri Asiyada ilin ən yaxşı kişi futbolçusu adını qazanan ilk qapıçı olub.