cümə axşamı, 19 noyabr 2026
Bölgə

Ermənistanın baş naziri Nikol Paşinyan: Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra istefa verəcəyəm

Ermənistanın baş naziri Nikol Paşinyan: Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra istefa verəcəyəm

Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən getməsi Azərbaycan Respublikası ilə sülh prosesinin yekunu ilə əlaqələndirilib. Paşinyan Bakı ilə sülh müqaviləsi imzalanıb ratifikasiya edildikdən sonra istefa verəcəyini açıqlayıb.

O bildirib ki, bu müqavilənin imzalanması və ratifikasiyası, eləcə də fundamental və institusional sülhün bərqərar olmasını öz missiyasının sonu hesab edir. İrəvan və Bakı arasında sülh müqaviləsinin mətni 2025-ci ilin avqustunda Ağ Evdə Donald Tramp, İlham Əliyev və Paşinyanın iştirakı ilə paraflanıb.

Vaşinqton razılaşması İran sərhədinə yaxın Sünik vilayətindən keçən və «Tramp marşrutu» adlanan tranzit yolunu da əhatə edirdi. Bakı müqavilənin yekun imzalanmasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirdiyi müddəanın oradan çıxarılması ilə şərtləndirib.

Bu xəbəri paylaşın