İslam Respublikasının prezidenti Məsud Pezeşkian Qəzvin ostanına səfəri zamanı deyib: «İstehsalın dayanması və işsizliyin yaranması məhz düşmənlərin istədiyi şeydir. Onlar bununla mövcud vəziyyətdən və ictimai narazılıqlardan sui-istifadə etmək istəyirlər. Buna görə də hər kəs istehlakı düzgün idarə etməli və lazımi tədbirlər görməlidir. Həm tələb olunan enerjinin təmin edilməsi, həm də istehsal müəssisələrinin fəaliyyətinin davam etməsi üçün səy göstərilməlidir».
Pezeşkian noyabrın 18-də, çərşənbə günü əlavə edib: «Məhdudiyyətlər tətbiq edilərkən sənaye və istehsal müəssisələrinin yanacağı və enerjisi son seçim olmalıdır. Çünki istehsal çarxı dayansa, buna uyğun olaraq işsizlik və çoxsaylı problemlərlə üzləşəcəyik».
Hökumət başçısı onu da əlavə edib ki, prioritetinin istehsal çarxının dayanmasına heç vaxt imkan verməmək olduğunu dəfələrlə vurğulayıb.